29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Göygöldə oğurluq edən şəxslər saxlanıldı

Göygöldə oğurluq edən şəxslər saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qafqazaz.com

a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri – Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

F.Məmmədov və İ.Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın