05.12.2022 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rusiya ordusu Ukraynada neft emalı zavodunu VURDU

  • DÜNYA
  • 13 May 2022
  • 1.468 BAXIŞ SAYI
Rusiya ordusu Ukraynada neft emalı zavodunu VURDU

Rusiya ordusu Ukraynanın Kremençuk şəhərindəki neft emalı zavodunu raket zərbəsi ilə vurub. Hücumdan sonra neft emalı zavodunda yanğın baş verib.

Qafqazaz.com xəbər verir ki, Poltava Regional Hərbi Administrasiyasının sədri Dmitri Lunin sosial media hesabında neft emalı zavodunun 4 raketlə hədəf alındığını bildirib. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.

Ukraynanın ən böyük neft məhsulları istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu ötən ay Rusiya ordusu tərəfindən raketlərlə hücuma məruz qalıb, zavod 9 raketlə vurulub və istehsal dayandırılıb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın