18.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan və Litva birgə əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində mühüm addımlar atmaqda davam edirlər

  • MANŞET
  • 20 May 2022
  • 2.058 BAXIŞ SAYI
Azərbaycan və Litva birgə əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində mühüm addımlar atmaqda davam edirlər

Azərbaycan və Litva birgə əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində mühüm addımlar atmaqda davam edirlər

Mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüş, dövlət başçılarının mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan-Litva biznes-forumunda müzakirə edilən məsələlər mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün real zəmin formalaşdırdı.

1991-ci ildə SSRİ-nin dağılması nəticəsində suverenlik əldə edən ölkələr müstəqil xarici siyasət yeritmək və ikitərəfli əlaqələri inkişaf etdirməyi əsas prioritetlərdən biri kimi qəbul etmişlər. Elə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litvadır. 1991-ci il  dekabrın 20-də müstəqilliyimizi tanıyan Litva  ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulub və 2007-ci il aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılıb.

Qeyd edək ki, hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub, hazırda bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar  çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.

Azərbaycan-Litva biznes-forumunun sonunda isə iki ölkə arasında yeni 6 sənəd imzalandı. Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri təbii ki, iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan verəcək. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Azərbaycan-Avropa İttifaqı ələqələrini dəyərləndirən İlham Əliyev bir daha vurğuladı ki, litvalı həmkarı ilə keçirilən görüşlərdə ölkəmizlə Aİ arasında imzalanacaq yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivləri, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri, ticarət münasibətləri müzakirə edilib. Gitanas Nauseda isə Litvanın Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarı olduğunu vurğulayaraq qeyd etdi ki, Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edir. Bu, bir reallıqdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdəbiridir. Təbii ki, bu da Avropa İttifaqının Azərbaycan kimi əməkdaşlıqda maraqlı olduğunu göstərir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, Vətən müharibəsi iştirakçısı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın