19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

AZƏRBAYCAN ÖZ ENERJİ TƏHLÜKƏSİZLİYİNİ 100 FAİZ TƏMİN EDİR

AZƏRBAYCAN ÖZ ENERJİ TƏHLÜKƏSİZLİYİNİ 100 FAİZ TƏMİN EDİR

AZƏRBAYCAN ÖZ ENERJİ TƏHLÜKƏSİZLİYİNİ 100 FAİZ TƏMİN EDİR

 Azərbaycan dünyanın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilib. Həyata keçirilən uğurlu layihələr, o cümlədən nəhəng Cənub Qaz Dəhlizinin reallaşdırılması bunu deməyə imkan verir. Əgər ölkəmizdə əvvəllər neft-qaz sektoru investisiya üçün daha çox cəlbedici idisə, aparılan uğurlu islahatlar nəticəsində artıq bu gün qeyri-neft sahəsi də xarici şirkətlərin maraq dairəsindədir. Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı ölkəmizin mövqeyini bir daha ortaya qoydu: Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət. Bu, onu göstərir ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Təbii ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar da buna əsaslanır. Odur ki, 30 ilə yaxın müddətdə özünün işğal siyasəti ilə regionu iflic edən, onun inkişafına mane olan Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıqla bölgənin hərtərəfli tərəqqisinə hesablanıb.

Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Bir sözlə, Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın