19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngəzur dəhlizinin açılması önəmli məsələdir

Zəngəzur dəhlizinin açılması önəmli məsələdir

Zəngəzur dəhlizinin açılması önəmli məsələdir.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda  abadlıq quruculuq işləri dayanmadan aparılır.Yerlə yeksan edilmiş, düşmən tapdağı altında qalan hər bir qarış gözlərimizin önündə bərpa edilir. Qarabağın iqtisadiyyatımızda, onun bütün sahələrində ən önəmli yerlərdən birini tutacağı  yaxın gələcəkdə reallığa çevriləcəkdir. Digər vacib məqamlardan biri də Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə Zəngəzur dəhlizinə çıxış imkanlarıdır. Məlum olduğu kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də sözü gedən dəhliz vasitəsilə Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu, nəqliyyat və logistik imkanlar baxımından vacibdir.Dəhlizin açılması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı , xalqımızın 100 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura qayıdışını təmin edəcək. Bu isə Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktoru- Səlim Zeynalov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın