29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Beynəlxalq nəqliyyat qovşağı

Beynəlxalq nəqliyyat qovşağı

Beynəlxalq nəqliyyat qovşağı

Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Bu baxımdan iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı böyük əhəmiyyət kəsb edir.
Neft-qaz boru kəmərlərinə, zəngin enerji resurslarına malik olan Xəzər hövzəsi beynəlxalq miqyasda çox mühüm bölgə kimi səciyyələndirilir. Eyni zamanda Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına möhkəm hüquqi zəmin yaradır. Bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastrukturu üçün möhkəm təməl yaradır. Ölkəmiz də regionda enerji və nəqliyyat layihələrinin reallaşıb həyata keçməsinə özünün böyük töhfərini vermişdir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, ekoloji təmiz mühitin yaradılması, eləcə də nəqliyyat infrastrukturunun qurulması məsələləri əsas nəzərdə tutulmuş prioritet məsələlər olmuşdur.
Tarixi “İpək yolu”nun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. İndinin özündə də Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tam istifadəyə verilməsi isə Asiya ilə Avropanın, Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırdı. Beləliklə, bu gün Azərbaycan özünü təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.
Azərbaycan hər zaman Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri qoruyub saxlayıb və bu gün də bu münasibətlər inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində gedən qlobal rəqabətdə böyük uğurlar qazanır.

Mayisə Xəlilova
Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın