05.12.2022 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qarşıya qoyulan vəzifələr uğurla icra edilir

  • MANŞET
  • 19 İyul 2022
  • 2.555 BAXIŞ SAYI
Qarşıya qoyulan vəzifələr uğurla icra edilir

Qarşıya qoyulan vəzifələr uğurla icra edilir

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə müzakirə edilən məsələlər bir daha göstərdi ki, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir, ölkəmiz sürətlə inkişaf edir.
Bu gün bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini görür. Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elektrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir. Ən əsası, bütün bunlar həmin ərazilərin yenidənqurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələləri xüsusi nəzarətdə saxlayır. Ölkə başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur.
Prezident İlham Əliyev müşavirədə ümumi iqtisadi vəziyyətin müsbət olduğunu, ölkəmizin beynəlxalq nüfuzunun, imkanlarının, gəlirlərinin artdığını açıqlayıb. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və dövlət bu məsələləri həll edir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolunun güclənməsi, qeyri-neft sektorunun inkişafı mühüm əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda müşahidə olunan inkişaf proseslərini yüksək qiymətləndirirlər. Ölkəmizin dinamik inkişafı istər yerli, istərsə də beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur və təqdir edilir. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar konkret nəticələrə hesablanıb və yürüdülən sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının rihafının daha da yaxşılaşdırılmasına yönəldilibdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsi keçibdir. İşğaldan azad olunan bölgələrimizin bərpası prosesi uğurla reallaşdırılır və bundan sonra da mühüm layihələr reallaşdırılacaqdır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın