19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmalıdır

Keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmalıdır

Keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmalıdır

Cənab Prezidentimizin qeyd etdiyi kimi “Keçmiş məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır. Buna fikir verin. Çünki bu, çox vacib olan məsələdir”. 30 ilə yaxın bir dövrdə erməni işğalı altında qalan əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə çanlı ordumuz tərəfindən azad edildikdən sonra həmin ərazilərdə geniş və sürətli yenidən qurma və bərpa işlərinə strat verilmişdir.   Qarabağ və Şərqi Zəngəzurda gedən işlərlə bağlı, artıq orada daimi iş yerləri yaradılır. Həmin ərazilərdə müvəqqəti iş yerləri, inşaatda iş yerləri, eyni zamanda, daimi iş yerləri yaradılır. Belə ki, 9 yarımstansiya yaradılıb, orada daimi iş yerləri var. Artıq Şuşa şəhərində otellər fəaliyyət göstərir. Beşulduzlu otel inşa edilir və gələn növbəti ildə otel hazır olacaq – ondan sonra, tarixi obyektlərin təmir edilməsi. Hər bir sahə üzrə daimi iş yerləri yaradılır ki, həmin iş yerlərində azad edilmiş rayonlardan olan insanlar çalışsınlar.

Hazırda Zərdab rayonunda Kəlbəcər, Laçın, Ağdam, Zəngilan, Xocalı, Füzuli və Şuşa rayonlarından 165 ailə olmaqla 599 nəfər keçmiş məcbru köçkün məskunlaşmışdır. Onlarında əsas istək və arzuları tezliklə öz isti ocaqlarına, dəda-baba yurdlarına qayıtmadır.

 

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın