18.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dil xalqın böyük sərvətidir

Dil xalqın böyük sərvətidir

Dil xalqın böyük sərvətidir.

Ədəbi dilin tərəqqisi olmadan ,mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.

Dil hər bir xalqın mənəvi sərvəti,qürur yeridir.Tarixin sınağından çıxıb cilalana-cilalana bugünümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili olan Azərbaycan dili qədim tarixə malikdir.Bu dil hələ Şah İsamyıl Xətainin hakimiyyəti dövründə dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik yazışma, hərbi təlim dili kimi istifadə olunmuşdur. Sonralar Azərbaycan dilinə qarşı çox təcavüzlər olmuşdur. Zaman-zaman bir etnos kimi xalqımızı tarix səhnəsindən çıxarmağa çalışan düşmənlərimiz ilk növbədə onun dilini məhv etməyə səy göstərmişlər. Fəqət buna nail ola bilməmişlər.Əcdadlarımız Azərbaycan dilini yad təsirlərdən qoruyub saxlamış, yaşatmışdır.Təkcə belə bir faktı qeyd edək ki,keçmiş sovet hakimiyyəti illərində ittifaqın daxilindəki bir çox respublikaların rəsmi milli dövlət dili olmamışdır. Respublikamızda isə Azərbaycan dili Konstitutsiyaya görə dövlət dili statusuna malik idi.Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir.Bu gün dilimiz zəngin ifadə vasitələrinə,mükəmməl qrammatik qurluşa ,kamil əlifbaya malik bir dil səviyyəsinə yüksəlmişdir.Bu dildə elmin,texnikanın müxtəlif sahələrinə aid saysız hesabsız kitablar yazılmış, lüğətlər,ensiklopediyalar çap olunmuşdur.
Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

 

Zərdab Şəhər 1 saylı məktəb liseyin müəllimi-Çinarə Fərəcova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın