28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyev müsahibəsində “Qisas” əməliyyatının mahiyyətindən də danışaraq Ermənistana bir daha ciddi xəbərdarlıq etdi

Prezident İlham Əliyev müsahibəsində “Qisas” əməliyyatının mahiyyətindən də danışaraq Ermənistana bir daha ciddi xəbərdarlıq etdi

Prezident İlham Əliyev müsahibəsində “Qisas” əməliyyatının mahiyyətindən də danışaraq Ermənistana bir daha ciddi xəbərdarlıq etdi

 Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin ərzaq təhlükəsizliyi məsələlərinə də aydınlıq gətirib. Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində bu, yüz faiz səviyyəsinə çatacaqdır. Təəssüf ki, ölkəmiz özünü taxılla hələ uzun illər tam təmin edə bilməyəcək. Lakin bu sahədə işləri sürətləndirmək və stimullaşdırmaq məqsədilə artıq xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib. Təqribən 3-4 il ərzində ölkəmizin özünü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin etməsi hədəflənir ki, bu da böyük nəticə olacaq. Müsahibəsində dövlətimizin başçısı bildirdi ki, ölkəmizi bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparılır və aparılacaq. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində məhsuldarlıq böyük dərəcədə artırılacaq. Azad edilmiş torpaqlarda da artıq əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində mühüm rol oynayacaqdır. Ərzaq təhlükəsizliyi mövzusunda danışarkən Prezident İlham Əliyev bildirdi ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, fermerlər öz qoyunçuluq təsərrüfatlarını bu rayonlara köçürüblər. Bundan başqa, Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Nəticədə isə ölkəmiz bal ixracatçısına çevrilibdir.

Prezident İlham Əliyev müsahibəsində “Qisas” əməliyyatının mahiyyətindən də danışaraq Ermənistana bir daha ciddi xəbərdarlıq etdi. Dövlətimizin başçısı bildirdi ki, “Qisas” əməliyyatı bir neçə saat ərzində davam edən cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Müzəffər Ali Baş Komandan Azərbaycanın Ermənistana dəfələrlə xəbərdarlıq etməsini xatırlatdı. Ermənistan birdəfəlik yeni reallıqları qəbul etməli və odla oynamamalı, təxribatlara əl atmamalıdır.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın