28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir.

Azərbaycan və Qazaxıstan müstəqilliklərini qazandıqları gündən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Qazaxıstan həmişə ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdir. Yalnız dövlətlərarası sənədlərdə deyil, real həyatda da Azərbaycan Qazaxıstanın dəstəyini hər zaman hiss edib. Azərbaycanla Qazaxıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün də yüksək səviyyədədir. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də ölkəmizlə çoxşaxəli əməkdaşlıq etməkdə maraqlıdır və bu istiqamətdə real addımlar atır. Avqustun 24-də  Azərbaycana rəsmi səfər edən Kasım-Jomart Tokayev cənab Prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlərində  ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair müzakirələr aparılıb. Eyni zamanda, bir çox sahələr üzrə  əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Onu da qeyd etmək lazımdır ki, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Səfər çərçivəsində iki ölkə rəhbərləri arasında «Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik  qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə də imzalandı. Bu, bir daha təsdiq etdi ki, hər iki ölkə strateji tərəfdaş olmaqla yanaşı, həmçinin müttəfiqlərdir. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı da xüsusi qeyd etməliyik. Ümumilikdə həm prezidentlərin iştirakı ilə imzalanan bu sənədlər, həmçinin müvafiq strukturlar arasında imzalanan 20-dən çox sənəd 30 illik yola söykənərək gələcək üçün müəyyənləşdirilən hədəflərin təqdimatı idi.

Bu gün prezidentlər İlham Əliyevin və Qasım-Jomart Tokayevin səyləri nəticəsində iki ölkə arasındakı mövcud əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğalçılardan azad etmək üçün apardığımız mübarizədə Qazaxıstanın mövqeyini xüsusilə vurğulamaq lazımdır. Qazaxıstanın, eləcə də ölkəmizin çoxsaylı həqiqi dostlarının obyektiv və balanslı mövqeyi İkinci Qarabağ savaşında  ədalətin qalib gəlməsinə kömək etdi. Bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etməsi üçün bu gün də tərəflər  siyasi iradəsi nümayiş etdirirlər. Din, dil və ortaq tariximiz də bunu tələb edir. İki ölkə arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu, şübhəsiz ki, Qazaxıstan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı­na öz töhfəsini verir. Azərbaycanın Qazaxıstanda və Qazaxıstanın Azərbaycanda vaxtaşırı mədəniyyət günləri keçirilməklə ölkələrin mədəniyyət sahəsindəki  nailiyyətləri nümayiş etdirilir. Bütün bu amillər son 30 ildə bizi daha da yaxınlaşdırıb. Eyni soy köklərimiz, adət-ənənələrimiz- bütün bunlar xalqlarımızın daha da yaxınlaşmasına yaxşı zəmin yaradıb. Qeyd etmək lazımdır ki, oxşar cəhətlərə, xüsusilə Azərbaycan Qazaxıstan neft ölkələri olmalarına baxmayaraq bu sahədə bir-birinə rəqib deyillər. Azərbaycanın tərəfdaşları ilə həyata keçir­diyi yeni layihələr- avtomobil marşrutları, dəmir yolları, və digər kommunikasiyalar dost və qardaş Qazaxıstan üçün də yeni imkanlar açır. Bu kontekstdə Azərbaycan və Qazaxıstan təkcə mehriban qonşular deyil, həm də uzunmüddətli tərəfdaşlardır. İndi Azərbaycan və Qazaxıstan regionda inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edən iki nəhəng gücdür. Qeyd edək ki, hər iki ölkə Asiya-Avro­pa marşrutu üzrə yüklərin daşınmasında mühüm rol oynayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin və yaddaqalan məqamları sırasında yer alan ən mühüm hadisə isə cənab Prezident İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim edilməsi oldu. Dövlət başçısı İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına hörmətin göstəricisi kimi qeyd etdi. Eyni zamanda, vurğuladı ki,  Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaqdır.

Xanım İmanova Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın