05.12.2022 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ukrayna rusların ön xəttini yardı, 20 km irəlilədi

  • DÜNYA
  • 09 Sentyabr 2022
  • 2.173 BAXIŞ SAYI
Ukrayna rusların ön xəttini yardı, 20 km irəlilədi

Ukrayna qüvvələri yaxın 72 saat ərzində Rusiyanın ölkənin şərqindəki təchizat marşrutlarını pozub, Kupyanski azad edə bilər.

Qafqazaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Sentyabrın 8-də Xarkov vilayətində əks-hücuma keçən Ukrayna qüvvələri Rusiyanın Kupyanskidəkı əsas ön cəbhə xəttindən 20 kilometr dərinliyə irəliləyiblər. Onlar yaxın 72 saat ərzində Rusiyanın İzyumla quru əlaqə xətlərini ciddi şəkildə azaldan, lakin tamamilə kəsməyən Kupyanski ələ keçirə bilər”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynanın Xarkov-İzyum xəttindəki uğurları Rusiya informasiya məkanında “çatlar” yaradır və Rusiya komandanlığına etimadı sarsıdır.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın