19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri həmişəki kimi atəşkəs əmrinə zidd olaraq Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir, bu təxribat bir daha bütün dünyaya bəyan etdi ki, İrəvan öz revanşist niyyətindən əl çəkmək istəmir.Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda davamlı sülhə nail olmağa can atır, lakin faktiki olaraq Ermənistan regiondakı sülhü bərqərar etməyə mane olur. Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində məğlub olduğunu qəbul etmək istəməmiş, bir neçə dəfə insidentə əl atmışdır. Vətən müharibəsində Azərbaycan qələbə çaldıqdan sonra Ermənistan mina xəritələrini Azərbaycana verməkdən boyun qaçırmış, humanizm prinsiplərini pozmuşdur. Lakin bəzi beynəlxalq təşkilatlar rəsmi İrəvana bu yönümdə heç bir təzyiq göstərməmiş, İrəvan isə işğalçı niyyətindən əl çəkməmişdir. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə erməni terrorçuları bir neçə istiqamətdən Azərbaycan ərazisinə hücuma keçmişdir. Azərbaycanın şücaətli oğulları düşmən təxribatlarının qarşısını alarkən şəhid olmuş, bir qarış torpağı da düşmənə təslim etməmişdir. 71 nəfər şəhidini Azərbaycan xalqı böyük hörmətlə, kədərlə , qürurla qarşılamış, milli həmrəylik nümayiş etdirmişdir. İnanırıq ki, Azərbaycan regionda davamlı sülhə nail olacaq,revanşist ermənilər öz niyyətlərindən əl çəkməli olacaqlar.

 

Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru- Piralı Əliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın