05.12.2022 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nəsillər dəyişir, erməni xisləti dəyişmir-Elnur Allahverdiyev

  • MANŞET
  • 19 Sentyabr 2022
  • 1.666 BAXIŞ SAYI
Nəsillər dəyişir, erməni xisləti dəyişmir-Elnur Allahverdiyev

Fransadakı səfirliyimizə ermənilərin hücumu ilə bağlı Qanunla.Az-a deputat Elnur Allahverdiyev açıqlama verib.

O,bildirib ki,diplomatik nümayəndəliyimizin binasına ziyan dəyib, terrorçular səfirliyin daxilinə girmək istəyiblər. Bütün bunlar dünyanın mərkəzi olan Paris şəhərinin sakinlərinin gözü qarşısında baş verib. Videodan da göründüyü kimi, hadisə baş verən yerin yaxınlığında maşınlar şütüyür, ancaq bir nəfər belə olsun asayiş keşikçisi yoxdur. Mənzərə o qədər primitivdir ki, dərindən düşünməyə ehtiyac yoxdur: əvvəlcədən danışılıb, diplomatik nümayəndəliyin (!!!) təhlükəsizliyinə cavabdeh qurumlar və qüvvələr qeyb olub və bir qrup qrup erməni səfirliyimizə hücum edib.

Ermənilər o qədər qorxaq məxluqdurlar ki, kiminsə arxasında gizlənmədən nəisə etmək cürətinə malik deyillər. Videodan görünür ki, onlar törətdiklərini də qorxaraq edirlər. Başqa bir videoda səfirliyimizin cəmi bir əməkdaşı onların qarşısını almaq gücündə olduğunu göstərir. Bu da növbəti dəfə sübut edir ki, həmin qorxaqlar polisin ərazidə olmadığına və olmayacağına əvvəldən əmin edildikdən sonra bu xain hərəkətə əl atıblar.
Bu, erməni xislətinin bariz göstəricisi, nümunəsidir. Nəsillər dəyişir, xəyanətə, cinayətə meyl dəyişmir. Ötən əsrin 70-80-ci illərində erməni terrorçu təşkilatları, terrorçuları da beləcə müxtəlif xüsusi xidmət orqanlarının arxasına sığınaraq türk diplomatlarına qarşı cinayətlər, hava limanlarında partlayışlar törədir, səfirliklərə hücum çəkirdilər. Bilirdilər ki, həbs edilsələr də, azadlığa çıxacaqlar. Monte Melkonyanlar, Jirayr Səfilyanlar və s. kimi. Bundan illər əvvəl isə onlar cümhuriyyətimizin parlaq simalarını, Türkiyənin dövlət adamlarını xaincəsinə qətlə yetiriblər. Son günlərdə belə cəhdləri Livanda, dost Gürcüstanda törətmək istəyiblər, ancaq polis tərəfindən qarşıları alınıb. Livanda bir qədər çətin başa gəlsə də, hər halda yerli hüquq-mühafizə orqanlarının əməkdaşları Fransadakı kimi qaçıb gizlənməyiblər. Baxmayaraq ki, Livanda da ermənilər gücə malikdirlər. Tək onu demək kifayətdir ki, hökumətdə hansı siyasi təşkilat olur olsun, ermənilərin ən azı iki nazir portfeli olmalıdır.
Biz Fransanın bizə olan münasibətini yaxşı bilirik, bu, bizim üçün heç 44 günlük müharibə ərzində də sürpriz olmadı. Ancaq dünənki hadisədə problem tam başqadır: Fransa ərazisində olan diplomatik nümayəndəliyin təhlükəsizliyinə cavabdehdir! Hər bir dövlət kimi. Bizim dövlət Fransanın Bakıdaki səfirliyinə belə bir hücumun edilməsinə göz yumarmı? Yaxud, Fransanın soyqırımı törətdiyi ölkələrdən birinin nümayəndələri ermənilərin Parisdə etdiklərini Bakıda törətsələr, biz də buna müdaxilə etməsək, münasibət nə olar? Xoşlarına gələr? Son bir neçə gündə Fransa prezidenti Ermənistanın baş naziri ilə bir neçə dəfə telefonla danışıb. Bəyəm Parisdə bilmirdilər ki, son gərginliklə bağlı belə olaylar baş verə bilər?
Təbii ki, biz belə təhdidlərin hər birinin öhdəsindən gələcəyik, gücümüz var. Ancaq Fransa boyda dövlətə, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən birinə ayıbdır. Belə çıxır ki, Parisdə yerləşən bütün diplomatik nümayəndəliklərə eyni hücumu təşkil etmək olar – Fransa “üç meymun” pozasındadır: görmür, eşitmir, danışmır.
Yeri gəlmişkən, “üç meymun” roluna bizim müxalifətçilər də giriblər. Az öncə Azərbaycan ordusunun Zəngəzurdakı əməliyyatlarını pisləyən və özlərini “vətənpərvər” göstərməyə çalışan qorxaqlar haradadır görəsən? Çıxın danışın, vətən uğrunda 3-5 kəlmə tənqid edin Fransanı!
Onsuz da, Qarabağ Azərbaycandır! Bayrağımız Şuşada və Zəngəzurda dalğalanır.

Yaşasın müstəqil Azərbaycan!

Elnur Allahverdiyev,
Milli Məclisin deputatı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın