29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu

  • MANŞET
  • 20 Sentyabr 2022
  • 2.213 BAXIŞ SAYI
Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu

Keçirilən ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu

 

Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də türkdilli dövlətlər arasında əlaqələrin  gələcəkdə yeni sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan hər bir ölkənin inkişafında mühüm amil olan dayanıqlı iqtisadi  inkişafın  təmin olunması istiqamətində atdığı addımları ilə diqqətdədir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, reallığa çevirdiyi enerji və nəqliyyat layihələri iqtisadi, siyasi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Yeni dövrün reallıqları yeni əməkdaşlıq formatlarının yaradılmasını tələb edir. Qeyd etdiyimiz kimi, əsas məsələ regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır.

Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından bir daha bu çağırışı etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi   genişmiqyaslı hərbi təxribatlara yönəldən cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Keçirilən ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hazırkı dövrün reallıqları   Azərbaycanın regionda və dünyada artan mövqeyini nümayiş etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır. Azərbaycanın bu mərhələdə əsas tərəfdaşlardan biri kimi iştirakı ölkəmizin, Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir.

 

Abdulbağı Fazilli- Zərdab rayonu Təzəkənd kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın