28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması

Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması

Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması.

Tarixi Zəfərimizin istər türk dünyasının birliyi, həmrəyliyi istiqamətində, istərsə də ümumilikdə dünyanın siyasətində yeniliklərə yol açdığı inkaredilməzdir.  Azərbaycan hər zaman xarici siyasət kursunu bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında həyata keçirir. Atılan addımların mahiyyətində bu çağırışlar dayanır ki, əgər dünyada qarşılıqlı etimad, səmimi münasibətlər olsa birlik, həmrəylik,  hər bir məsələnin ədalətli  həlli mümkündür. Qlobal problemlərin həlli  qlobal yanaşma tələb etdiyi bir zamanda  səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin  aparılması mütləqdir. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin ən yüksək tribunalardan türk dünyasına ünvanladığı “Gücümüz  birliyimizdədir!” çağırışı reallıqda öz təsdiqini tapmaqla yanaşı, perspektivlərin müəyyənləşdirilməsində, birgə qərarların qəbulunda, real təşəbbüslərin irəli sürülməsində əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün təkcə cari ildə dövlət başçısı cənab İlham Əliyevin türkdilli dövlətlərə səfərlərinə, eyni zamanda, həmin ölkələrin başçılarının Azərbaycana səfərlərinə, bununla bərabər, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan  addımlara diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi,  dövlət başçısı cənab İlham Əliyev bu ilin iyun ayında Özbəkistana dövlət səfəri etmişdi. Sentyabrın 15-də isə dövlət başçısı  Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün  Səmərqəndə səfər edib. Bildiyimiz kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, bu beynəlxalq qurumla dialoq tərəfdaşı statusuna sahibdir.  Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, həmçinin təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsindən, yeni beynəlxalq siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanın ilk dəfə olaraq  məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq-siyasi nüfuzunun göstəricisidir. Təşkilatın məqsəd və məramı fonunda  bu gün Azərbaycanın hər bir sahədə təcrübəsinin, inkişaf modelinin  təqdir edilməsi ölkəmizin hədəflərə öz töhfələrini vermək imkanlarına aydınlıq gətirir.”

Azərbaycan ən yüksək tribunalardan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarından qürurla bəhs edir. Dövlət başçısı cənab İlham Əliyev Səmərqənd Sammitində 2019-cu ildən Azərbaycanın  120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə diqqəti yönəldərək bu müddətin quruma üzv dövlətlərin yekdil qərarı əsasında bir il uzadılmasını  ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd etdi. Azərbaycanın xarici siyasətinin dəyişməz olan prinsiplərini bir daha önə çəkərək bəyan etdi: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”

Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyevin dərin analitik təfəkkürə, düşünülmüş siyasi baxışlara malik olması nəticəsində bütün beynəlxalq platformalarda dövlətimizin maraqları yüksək səviyyədə təmin edilir. Özbəkistan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətinin göstəricisidir. Azərbaycan dünya birliyində sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Hər bir məsələnin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olan Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq, sülh çağırışlarını edir.

 

Xanım  İmanova Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın