20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimovanın 45 ilini müəllimliyə həsr edən şəxsə qarşı haqsızlığı

Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimovanın 45 ilini müəllimliyə həsr edən şəxsə qarşı haqsızlığı

Zərdab rayonu H.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimovanın 45 ilini müəllimliyə həsr edən şəxsə qarşı haqsızlığı. Diaqnostik qiymətləndirmədən və 5 ildirki məktəb direktorlarının imtahanından keçə bilməyən, bağça müdirliyindən Zərdab rayonu H.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru təyin edilən Vüsalə Kərimova ömrünü təhsilə verən Ömər Tarverdiyevlə müqavilə bağlamır. H.Zərdabi adına məktəb-liseyin 100 illik tarixi vardır. Bu məktəbə respublikada tanınan “Əməkdar müəllim”lər Hacı Hüseynov, Püstə Rəhimova, Mirseyib Əhmədov kimi müəllimlər rəhbərlik etmişdir. Daha sonra həmin məktəbə Ataş Rəhimov, İsrəfil Həmidov, Elbrus İsgəndərov, Əlihəsən Kərimov kimi, nəyinki Zərdab rayonunda, həmçinin respublikada tanınan adlı-sanlı rayon ictimaiyyəti içərisində hörməti olan müəllimlər rəhbərlik etmişdir. Təəssüf doğuran hal odur ki, bağça müdirliyindən bu cür nüfuzlu məktəbə Vüsalə Kərimova direktor gətirilmişdir. Ömər müəllim “Metodist müəllim”, “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” adlarını almış, yüzlərlə Fəxri Fərmanla təltif edilmiş, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış, şagirdlərinin 1-i Respublika fənn olimpiadalarında 2-ci yer tutmuş və gümüş medal almış, digərləri 3 və 4-cü yer tutmuş müəllimdir. Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı, Avropa Şurasının Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi konfrans seminarın iştirakçısı, ömrünün 45 ilini təhsilə verən müəllimə qarşı ayrıseçkilik edir. Bu isə AR Konstitusiyasının və əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, Mərkəzi Aran Regional Təhsil idarəsidə təsdiq etdi ki, həqiqətəndə Ömər Tarverdiyevə ehtiyac olmadığını Vüsalə Kərimova deyib. Buna əsaslı sübutlarımız var.

Azərbaycan Respublikası “Əməkdar müəllim”i Tarverdiyev Ömər Səbbət oğlu

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın