28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qələbəyə aparan yol

Qələbəyə aparan yol

Qələbəyə aparan yol

Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yumruq gücümüzlə yanaşı, birliyimizi, həmrəyliyimizi nümayiş etdirir. Müharibə dövründə hamımızın “Öldü var, döndü yoxdur” şüarı ilə yaşadığını qeyd edən dövlət başçısı xalqımızın Azərbaycan Ordusunun arxasında dayanaraq ordumuza əlavə güc verdiyini vurğuladı. Milli ruh, milli iradə, milli ləyaqətin təntənəsi olan Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Azərbaycanın mərd, qorxmaz oğulları qan tökərək düşməni məcbur etdi ki, diz çöksün və kapitulyasiya aktına imza atsın. 30 il ərzində işğalı davam edən azğınlaşmış, harınlamış düşmən bu illər ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışsa da, dəmir yumruğumuzla onların başlarını əzə bildik. 44 gündə təkcə ərazi bütövlüyümüzü bərpa edib, düşməni öz torpağımızdan qovmadıq. Eyni zamanda, erməni faşizmini məhv etdik. Müharibədən sonra Qarabağa gələn hər kəs erməni vəhşiliyinin təzahürünü aydın şəkildə görə bilər. Şəhərlərimizin necə yerlə -yeksan edildiyi, tarixi və mədəni abidələrimizin necə dağıdılaraq təhqir edildiyi göz önündədir. Ona görə də dövlət başçısı bu Qələbəni faşizm üzərində əldə edilən Qələbə adlandırıb.
Ermənistanda tüğyan edən azərbaycanofobiyanın, islamofobiyanın psixi xəstəlik dərəcəsinə çatdığı məsələsinə də toxunan Prezident cənab İlham Əliyev azərbaycanlılara qarşı olan nifrətin Ermənistanda rəsmi ideologiya kimi bərqərar edildiyini vurğuladı: “Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik”. Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliym möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcəkdir.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın