25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zərdab rayon prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət etdilər-Foto

Zərdab rayon prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət etdilər-Foto

Peşə bayramları günü şəhid ailələrini ziyarət etdilər.
Saat24.Az xəbər verir ki,Hamıya məlum olduğu kimi 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü – prokurorluq orqanlarının yaranmasının 104-cü ildönümüdür.
01 oktyabr 2022-ci il tarixdə Zərdab rayon prokurorluğunun əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 104 illiyi ərəfəsində ənənəvi olaraq İkinci Qarabağ Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasl zamanı şəhid olmuş şəxslərin ünvanlarında ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət çərçivəsində prokuror Zaur Əliyev, şəhid ailələrinin problemləri ilə maraqlanıb, onların daim yanında olduqlarını, məhz buna görə də peşə bayramlarını şəhid ailələrini ziyarət edərək qeyd edilməsini özlərinə mənəvi borc bildiklərini qeyd etmişdir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, ölkə prezidenti cənab İlham Əliyevə , Azərbaycan Respublikasının Baş Prokurorluğu cənab Kamran Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.

Saat24.Az Coşqun Abdullayev


BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın