28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Açıq mikrofon”da Zirə qəsəbəsi sahibkarlarının müraciətləri qeydə alındı-FOTO

“Açıq mikrofon”da Zirə qəsəbəsi sahibkarlarının müraciətləri qeydə alındı-FOTO

“Bu  gün sayca 166-cı “Açıq mikrofon” aksiyası keçirilir. Bunların 42-i sahibkarlarla görüş olub. SOCAR “Azəriqaz” İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcəkdir.”

Qanunla.Az xəbər verir ki, bunu qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov paytaxtın Zirə qəsəbəsində baş tutan “Səyyar qəbul otağı”nda sahibkarlarla görüşü zamanı bildirib. O,  həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.

Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Zirə qəsəbəsində də sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. “Açıq mikrofon” aksiyasına qatılan 10-dan çox sahibkar müraciətini səsləndirib. Sahibkar Şükür Həsənov ona məxsus obyektin sayğacının nasaz olduğunu və bu səbəbdən sayğacın üzərindəki göstəricilərdən razı qalmadığını bildirib. Digər sahibkarların müraciəti isə debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı olub.Aksiyada səsləndirilən bəzi problemlərin baxılmasına qərar verilib.

image-img-20221007-wa0046 image-img-20221007-wa0047 image-img-20221007-wa0050 image-img-20221007-wa0049 image-img-20221007-wa0048

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın