28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Effektiv əməkdaşlığın konkret nümunələri

Effektiv əməkdaşlığın konkret nümunələri

Eyni soykökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq əsasında qurulub. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Bu mənada Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı perspektiv inkişafın möhkəm təməlini təşkil edir.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb: Ötən illər ərzində hər iki ölkə qarşılıqlı və Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırıb.

“Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. İnvestisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın verilməsi, Azərbaycanın “Azersky” və “Azerspace-1” adlı peyklərinin Qırğızıstan üçün də xidmətlər göstərməsi iki ölkə arasındakı effektiv əməkdaşlığın konkret nümunələridir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi də ümumi inkişafa mühüm töhfələr verəcək. Açıq dənizlərə çıxışı olmayan Azərbaycanın mühüm nəqliyyat şəbəkəsi yaratması, Orta Dəhlizin bir hissəsi olacaq Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər artırması, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması münasibətlərin daha da dərinləşməsinə, inkişafına əlavə təkan verəcək”.

 

Ələddin Zeynalov

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın