19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüşlərdən biri də Füzuli əməliyyatı olub. Şəhərin azadlığı uğrunda gedən döyüş əməliyyatı müharibənin növbəti mərhələləri üçün həlledici rol oynayıb. Ona görə də Füzuli əməliyyatı Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri hesab edilir.

Rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edib. Döyüşlər zamanı Ermənistanın xeyli sayda canlı qüvvə və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.

Bu gün isə Azərbaycan xalqı doğma şəhərinin azad olunmasının ikinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Füzuli əməliyyatında iştirak etmiş bir qrup hərbçi şəhərə səfər edib. Onlar düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib və xatirələrini bölüşüblər.

Füzuli əməliyyatı ona görə önəmli əməliyyatlardan biri sayılır ki, burada düşmənin əsas istehkamlarından biri yerləşib və ordumuz məhz həmin səddi yararaq irəliləyib. Burada əsas məqsədlərdən biri ön xəttin yarılması idi. Bundan əlavə, bu istiqamətdə əsas strateji yüksəkliklər mövcuddur və o yüksəkliklər düşmən nəzarətində idi. Ona görə bu istiqamətdə ağır döyüşlər getdi. Amma qarşıya qoyulan məqsədə çata bildik, ermənilərin mühafizə səddlərini yarıb keçdik və düşmən geri çəkilmək məcburiyyətində qaldı.

Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara düşməsin. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan Güclü rəhbəri, güclü ordusu, dəmir yumruq kimi xalqı var.

Düşmən işğalı altında olarkən məhv edilən şəhərin həyatında bu gün yeni tarix yazılır. Ermənilərin taladığı, daşı daş üstünə qoymadığı şəhərdə bərpa-quruculuq işləri aparılır və bütün infrastruktur bərpa edilir.

.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın