29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük

Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük

Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən bir dövlətin ümumiyyətlə ölkəmizlə bağlı hər hansı bir məsələnin müzakirələrində iştirakının yolverilməz olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan xalqı Fransa prezidentinin İkinci Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamları da, şər və böhtan xarakterli bəyanatları da, Fransa Senatının və aşağı palatanın qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiklərini də unutmayıb. Bu gün isə Makron qətiyyən vicdan əzabı çəkmədən 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, təkcə obyekt və evləri deyil, hətta məscidləri, mədəniyyət abidələrini də darmadağın edən, qadınları və uşaqları qətlə yetirən, hərbi əməliyyatların getdiyi ərazilərdən yüz kilometrlərlə uzaqda yerləşən dinc şəhərləri raket atəşinə tutan Ermənistanın tolerant, sülhsevər olduğunu iddia edir, bundan sonra da ermənilərin yanında olacağını söyləyir.

Fransa prezidentinin işlətdiyi “bundan sonra da” ifadəsi isə belə düşünməyə əsas verir ki, o, Xocalıda günahsiz insanları, körpə uşaqları qırdıqları zaman da, hərbi əsirləri işgəncə verdikdən sonra qətlə yetirərək ümumi məzarlıqlarda dəfn edəndə də və nahəyət bir neçə gün öncə Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə edilmiş basqın zamanı da ermənilərin yanında olub. Təbii ki, bütün bunlar Fransanın bir vasitəçi ölkənin istənilən halda saxlamalı olduğu tərəfsizlik keyfiyyətini artıq çoxdan itirdiyini göstərir. Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Makronun bu bəyanatlarından sonra Fransanın “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü” barədə bəyanatı gözlənilən idi və dövlət başçımızın bu bəyanatı birmənalı olaraq Azərbaycan xalqının iradəsini ifadə edir”,

Famil Abbasov – Zərdab rayon Alıcanlı kənd sakini, Vətən mühribəsi iştirakçısı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın