18.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib

Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib

Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər

Prezident cənab İlham Əliyev MDB dövlət başçılarının sammitində bir daha bəyan etdi ki, heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Rəsmi Bakı öz daxili məsələlərini kənar tərəflərlə müzakirə etmir və etməyəcək. Fransanın timsalında regionda sülhü pozmaq cəhdləri yolverilməzdir. Makron Ermənistanın vəkili qismində çıxış etsə də onun bu regionda vasitəçi qismində iştirakı mümkün deyil. İki il ərzində yalnız sülhü pozmaq istiqamətində bəyanatlar verən, Ermənistanın destruktiv mövqeyini dəstəkləyən Fransa indi Brüssel formatını mənimsəməklə özünə nüfuz qazanmaq istəyir. 2022-ci ilin Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalarda Azərbaycanı ittiham edən Fransa prezidenti unudur ki, bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı davam edən mina və snayper terroru idi.Azərbaycan heç zaman Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb.

Azərbaycanın sərgilədiyi xoş məramdan sonra Fransa hökumətinin radikal və qərəzli münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində rəsmi Parisin hər hansı rol oynamasından söhbət gedə bilməz. Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhdidedici, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatları Bakının bu qətiyyətli mövqeyində haqlı olduğunu bir daha təsdiləyir.

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın