28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Mina terroru və snayper terroru davam edir

Mina terroru və snayper terroru davam edir

Qarabağ münaqişəsi həll olunsa da, təcavüzkar Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Ermənilər həm işğal dövründə, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarkən bölgəyə çoxsaylı mina, xeyli sayda partlamamış mərmi basdırmışdır. Bütün bu təxribatlar nəticəsində  2020-ci il noyabrın 10 dan bu vaxta qədər onlarla mülki şəxs və hərbçi mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanmışdır. Bütün çağırışlara baxmayaraq Ermənistan müharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib. Hazırki dövrdə də Azərbaycana qarşı mina terroru siyasəti həyata keririlməkdədir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün neçə -neçə günahsız insanların canını alır.

Prezident cənab İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. 14 oktyabr 2022- ci il tarixində Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında 250- dən çox Azərbaycan vətəndaşının İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində zərər gördüyünü və 1400 piyada əleyhinə minanın aşkarlandığını qeyd etmişdir.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın