19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir

Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir

20 oktyabr 2020-ci ildə Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümü  günündə Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır.

Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edən əsas obyektlərdəndir. Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının   deyil, eyni zamanda Cənubi Qafqazda  sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin davam edən dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir.  Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və.s. Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət bütün  bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Qarabağ və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər həyata keçirilir. Əlbəttə ki, bu işlərdə Türkiyə şirkətləridə qısa müddət ərzində böyük işlər görüb. Həmin ərazilərdə avtomobil, dəmir yollarının və tunellərin inşası nəzərdə tutulmuşdur.

Bir daha Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük.

 

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın