29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığımız parlaq Qələbə Azərbaycan tarixinə yeni şanlı səhifə yazdı. Bu qələbə ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin beynəlxalq tədbirlərdə, o cümlədən xarici ölkələrə səfərlərdə qalib ölkənin Prezidenti kimi qarşılanması hər birimizdə qürur hissi yaradır. Son vaxtlar dövlət başçımızın Brüsseldə, Praqada, Soçidə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə göstərdiyi yüksək qətiyyət ölkəmizin Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqlədi. Bu qələbə Azərbaycanın İslam dövlətləri arasında da nüfuzunun yüksəlməsində mühüm rol oynayıb

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi həmrəylik və dostluq bayramına çevrilmişdir. Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə xüsusi önəm verir. Ölkəmiz dünyada iqtisadi, siyasi gücü ilə bərabər beynəlxalq təsisatlarda günbəgün artan nüfuzu ilə də xüsusi diqqət çəkir. Dövlət Başçısı cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı və Ona göstərilən xüsusi diqqət ölkəmizə qarşı göstərilən yüksək münasibətin növbəti təzahürü idi. Ümid edirik ki, bu əməkdaşlıq yaxın gələcəkdə daha da inkişaf edəcək

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın