29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Erməni miflərinə son

Erməni miflərinə son

Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Rəşadətli ordusu Ermənistan qoşunları tərəfindən işğal edilmiş və faktiki olaraq Azərbaycanın qədim yurdu olan Qarabağ torpaqlarını 44 gün ərzində azad etdi. İşğalçılar Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və cəsarəti, vətənpərvərliyi qarşısında geri çəkildilər. Canlı qüvvəsinin və texnikasının tamamilə məhv olma təhlükəsi qarşısında qalan işğalçılar təslim olmağa və bu barədə kapitulyasiya bəyanatı imzalamağa məcbur oldular ki, bu sənədə əsasən, hərbi yolla götürülməyən digər bölgələr də Azərbaycana qaytarıldı.

Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi 44 günə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” , “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi mifləri darmadağın oldu.

Erməni düşüncəsindəki mümkünsüz olanı Azərbaycan dövləti bacardı və bununla dünya tarixi dərsliklərinə bir səhifə kimi düşəcək parlaq nümunə yaratdı. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir.

Bugünkü möhtəşəm tarixi zəfərimizin nəticəsi uydurmaların dağıdılmasıdır. Bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir. Bu miflə yanaşı, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıldı. Və nəhayət, “əzabkeşliyə hazır olan, özünü fəda və qurban edən xalqın” mifi də puç oldu, çünki 10 mindən artıq fərarisi olan millət işğal olunmuş torpaqları qorumağa qadir deyildi. Bu miflərin dağılması və dediklərimizin təsdiqi yalnız yenilməz sərkərdə, Ali Baş Komandan, ümumiyyətlə Azərbaycanın lideri cənab İlham Əliyevin intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasındadır.

Dövlət başçımız bizə qalib xalq düşüncələrini bəxş etdi.

 

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın