28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır

Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır

Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır.

Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına da diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır. Vətən müharibəsinə qədərki dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişlər. Bütün bunlar Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin olmuşdur. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşmanın müsbət olduğunu qeyd edən Prezident cənab İlham Əliyev bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlar atmağa çalışdıqlarını xatırlatdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi.
Hazırda Azərbaycanın regionda və dünyada əsas söz sahiblərindən olduğunu diqqət çəkən ölkə başçısı bildirdi ki, bunun üçün müasir dünyanın və bölgənin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir. Azərbaycanın  təşəbbüsü ilə icra edilən layihələr bu gün həm ölkəmizə, həm də tərəfdaşlarımıza böyük həcmdə fayda gətirir. Ölkəmizin təşəbbüsü ilə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı artıq onlarladır. Məhz bu layihələr ölkəmizə əlavə maliyyə imkanı yaratdı və bu maliyyə imkanları hərbi potensialın gücləndirilməsinə yönəldildi.
Elvin Xəlilov- Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın