19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri.

1977-ci ildə SSRİ -nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSRİ-nin yeni Konstitusiya layihəsi hazırlanıb.1978-ci il aprelin 2-si SSRİ Ali Sovetində layihə ilə əlaqədar çıxışında Ümumilli liderimiz Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” 1978-ci il aprelin 21-də Azərbaycan SSRİ-nin sonuncu Konstitusiyası qəbul olunub. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümumilli liderimiz Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir.Bu Konstitusiyada 1980-ci ildən etibarən ciddi dəyişikliklər edildi. Konstitusiya 1995 – ci ilə qədər – Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.1991-ci ildə 18 oktyabrda Müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi hazırlanmalı idi.O zaman Ulu Öndərimiz Heydər Əliyev demişdir:” Biz elə bir layihə hazırlamalıyıq ki, elə bir konstitusiya hazırlamalıyıq ki,bu, Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət yaşamasını təmin edən Əsas Qanun ,tarixi sənəd olsun. Hakimiyyət bölgüsü ali ,icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bütün bunlar xalq tərəfindən seçilsin. Dövlətin əsas qanunu kimi noyabrın 27-də qüvvəyə minmişdir. Heydər Əliyevin 1996 -cı il 1 noyabr tarixli fərmanına əsasən ölkəmizdə 12 Noyabr “Konstitusiya Günü” kimi qeyd edilir . Ölkəmizdə demokratik, dünyəvi, hüquq dövlət quruculuğu üçün baza yaradan bu konstitusiya ölkəmizin inkişafına təkan verdi. Konstitusiyanın 48 maddəsi insan hüquqları və onların təminatlarına həsr edilmişdir. Azərbaycanda yaşayan, milliyətindən,dinindən , irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqları Konstitusiyamizda geniş təsbit olunmuşdur. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Vahidli Aydan Çallı kənd tam orta məktəbin ibtidai sinif müəllimi.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın