29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Poliqon” Strateji İntellekt Oyunu üzrə Zəfər Kubokunun seçim turlarına yekun vuruldu-FOTO

“Poliqon” Strateji İntellekt Oyunu  üzrə Zəfər Kubokunun seçim turlarına yekun vuruldu-FOTO

“Poliqon” Strateji İntellekt Oyunu  üzrə Zəfər Kubokunun seçim turlarına yekun vuruldu.
 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ‘nin dəstəyi ilə Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi tərəfindən Zərdab rayonunda keçirilən “Poliqon SİO” üzrə  Zəfər Kubokunun 4 seçim turunda ümumilikdə rayonun 22 şəhər və kənd məktəbini təmsil edən komandalar iştirak etdi.
Qanunla.Az xəbər verir ki,seçim turlarında ən çox bal toplayan 6 komanda, şəhər 1 saylı məktəb liseyin Qartal -1 komandası (625 bal), Yarməmmədbağı kənd tam orta məktəbin Viktoriya-1 komandası (520 bal), Hüseynxanlı kənd tam orta məktəbin Qartal-2 komandası (515 bal), Bıçaqçı kənd tam ora məktəbin Viktoriya-2 komandası (490 bal), Körpükənd tam orta məktəbin Xarıbülbül komandası (415 bal) və Qoruqbağı kənd tam orta məktəbin Şuşa komandası (375 bal) final turuna vəsiqə qazandılar.
“Poliqon” Strateji İntellekt oyunu üzrə Zəfər Kubokunun final oyunu seçim turlarında qalib olmuş 6 komandanın iştirakı ilə 08 dekabr 2022-ci il tarixində Zərdab Gənclər Evində keçiriləcək.
 Layihənin keçirilməsində məqsəd gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, tariximizi və milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ olunması, həmçinin rayonumuzun şəhər və kənd məktəbləri arasında intellektual klubların əlaqələrinin möhkəmləndirilməsi, məktəblilərin intellektual yarışlara cəlb olunmasıdır.
 Finala vəsiqə qazanmış bütün komandalara uğurlar arzu edirik.
image-317836957_1208836619706977_5101166282892646177_nimage-318329915_1208836653040307_590723193656014681_nimage-318200097_1208836719706967_2852463332356330801_nimage-317952252_1208836759706963_760260258520151257_nimage-316824743_1208836793040293_9072560094321887860_nimage-317903906_1208836866373619_1624863050046845423_nimage-317728920_1208836916373614_5451548053524867908_nimage-316157596_1208836963040276_1749950785352143447_nimage-316830547_1208837003040272_4950163671276753183_nimage-317376549_1208837036373602_4628998419598461031_nimage-317976780_1208837059706933_6409604335334200564_nimage-316177800_1208837086373597_2983702713172437698_n
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın