16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır

2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır

2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır

Prezident cənab İlham Əliyev idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınmasıdır. Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir. Dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə edilir.

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Tədbirdə cənab Prezident qürurla bildirdi ki, respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses uğurla davam etdirilməkdədir. Tədbir iştirakçıları cənab Prezidentin idman siyasəti üzrə dediklərini gələcək uğurların zəmanəti kimi dinlədilər: “2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın