29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

Müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfuz edərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərir. İdman mərdlik, iradəlilik, dözümlülük, qəhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə sinə gərməyi öyrədir. Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilib.

Regionlarda Olimpiya İdman Komplekslərinin və idman obyektlərinin sayının ildən-ilə artırılması, idman növlərinin inkişafına diqqətin artırılması, hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi gənc nəslin fiziki və mənəvi inkişafında son dərəcə böyük rol oynayır. Digər tərəfdən sağlamlıq imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilmələri, beynəlxalq yarışlarda, Paralimpiya oyunlarında uğur qazanan və yüksək nailiyyətlər əldə edən idmançıların hazırlanması üzrə fəaliyyətin genişləndirilməsi, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, xüsusən Olimpiya və Paralimpiya oyunlarında qazandıqları uğurlar, dövlətin bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki apardığı siyasət və göstərdiyi dəstək bu sahənin inkişafı üçün geniş imkanlar yaradıb. Bu gün respublikamız hər sahədə ildən-ilə inkişaf edir, maddi-texniki bazası möhkəmlənir, ildən-ilə ölkədə keçirilən beynəlxalq tədbirlərin, yarışların sayı artır. Təbii ki, əldə edilən uğurlar idmanın inkişafına müsbət təsir edir, Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınmasında böyük rol oynaır. Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Nizami Ağayev – Zərdab şəhər sakini, “Alpaqut döyüş sənəti” məşqçisi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın