28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib

Azərbaycanda ilk “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Bu Qanun heç şübhəsiz ki, həmin dövrün tələblərinə uyğun olsa da, qəbulundan ötən dövr ərzində sürətlə dəyişən Azərbaycanın yeni siyasi konfiqurasiya tələblərinə artıq cavab vermir. Ona görə də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbuluna zərurət var idi. Bu mənada, “Siyasi partiyalar haqqında” yeni Qanun həm formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə uyğundur, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirir.  Bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.

Bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış “Siyasi partiyalar haqqında” Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil edildi. Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. O da qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Yəni, görünən odur ki, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu prosesi tamamilə demokratik mühitdə keçib. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın