01.02.2023 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ümumrayon tədbiri keçirilib-FOTO

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ümumrayon tədbiri keçirilib-FOTO

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ümumrayon tədbiri keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Aparatın məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, Zərdab RİH yanında İctimai Şuranın və digər ictimai birliklərin üzvləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Öncə Ümummilli liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, 20 Yanvar hadisələri zamanı, dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ulu Öndər bu faciəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək, baş verənləri humanizmə, demokratiyaya zidd hesab etdiyini bəyan etmişdir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək şəhidlərimizin ruhlarını şad etdilər. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər.
Tədbirdə 20 yanvar faciəsinin şahidi və iştirakçısı olmuş Qafur Məmmədov çıxış edərək həmin gecənin tariximizə qəhrəmanlıq səhifəsi kimi yazıldığını və heç vaxt unudulmayacağını bildirib.
Tədbirdə faciəyə həsr olunmuş kompozisiya və “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda video çarx nümayiş olunub.

image-fb_img_1674131308234 image-fb_img_1674131312134 image-fb_img_1674131315181 image-fb_img_1674131318159 image-fb_img_1674131326358

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın