20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib

Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Ümummilli Lider istər sovet dövründə respublikamıza rəhbərliyi zamanı, istərsə də 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsini daim diqqətdə saxlayıb. Təqdirəlayiq haldır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin göstəricisidir.

Öz növbəsində, Azərbaycan gəncliyi azərbaycançılıq ideologiyasına əsaslanan dövlət gənclər siyasətini, onlara göstərilən hərtərəfli qayğını yüksək qiymətləndirir. Bu gün müstəqil Azərbaycan Respublikasının inkişafının təməlində dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası durur. Xalqımızın Ümummilli Lideri bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasının prinsiplərini rəhbər tutaraq ölkəmizin firavanlığı uğrunda yorulmadan çalışıb, həyatını bütün varlığı ilə sevdiyi Azərbaycana həsr edib. Ulu Öndər azərbaycançılığı dövlət ideologiyası səviyyəsinə qaldırdı və onu xalqımız üçün milli məfkurəyə çevirdi. Müstəqil Azərbaycanda milli şüurun və milli özünüdərkin inkişafında azərbaycançılığın rolu danılmazdır. Belə ki, azərbaycançılıq fəlsəfəsinin əsas istiqamətlərindən biri də vətənpərvərlik və Azərbaycan sevgisidir. Vətənpərvərliklə və Azərbaycan sevgisi ilə yanaşı, azərbaycançılıq həm də dünyəvilik, tolerantlıq və humanizmi təbliğ edir. Təsadüfi deyil ki, azərbaycançılığı öz dövlət ideologiyası kimi qəbul etmiş Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın