29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir

Prezident cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətini yüksək səviyyədə davam etdirir. Cənab Prezident gənclərin azərbaycançılıq ideologiyasını mənimsəyərək milli maraqlar ətrafında sıx birləşmələrinə, dövlətçiliyin qorunmasında fəal rol oynamalarına və milli dəyərlər əsasında yetişmələrinə xüsusi diqqət göstərir, böyük həssaslıqla yanaşır. “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”,-deyən Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə mütəmadi olaraq ardıcıl və məqsədyönlü addımlar atılır. Bunlarla yanaşı, gənclərin milli ruhda tərbiyəsi onların zərərli xarici təsirlərdən və ya neqativ ideoloji cərəyanlardan qorunması baxımından mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti çoxşaxəli və mütərəqqi olması ilə diqqəti cəlb edir. Gənclər siyasətinin çox mühüm istiqamətlərindən birini bu kateqoriyadan olanların keyfiyyətli təhsil almasının təmin edilməsi təşkil edir. Bu istiqamətdə müxtəlif Dövlət proqramları uğurla reallaşdırılır. Qeyd edək ki, dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alırlar. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq arenada qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın