28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Lənkəran şəhərinin sakinləri “Açıq mikrofon” aksiyasında müraciətlərini ünvanladılar-FOTO

Lənkəran şəhərinin sakinləri “Açıq mikrofon” aksiyasında müraciətlərini ünvanladılar-FOTO

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası növbəti dəfə Lənkəran şəhərində təşkil olunub.

Qanunla.Az xəbər verir ki,tədbiri Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədov açıq elan edib. Qurum rəsmisi ünvanlanacaq hər bir müraciətin Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də iştirakı ilə keçirilən aksiyada mikrofon sakinlərin ixtiyarına verilib. Pərvanə Əzimova və Mayıs Sadıxov Digah kəndinin genişlənmiş hissəsinin sakinləri adından çıxış edərək yaşadıqları ərazinin qazlaşdırılmasını istəyiblər. Gülnarə Hümbətli Osaküçə kəndinin 27-yə yaxın fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə qaz xəttinin çəkilməsini xahiş edib. Ünvanlanan 10-a yaxın müraciətdən biri isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub ki, bu da Abas Əliyev tərəfindən səsləndirilib. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

image-001a4c53-4380-45a2-8d28-de17d3ce8087image-6b2d592b-a318-4f62-94f2-0ed1cc9a3c53image-8c7a9459-5fbf-443d-a2b0-0557f774f8d3image-fe658e56-43c9-40a3-828b-6cf3b89bb2fdimage-574c6502-6fa5-44d5-a1a3-b6bb17622206

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın