Zərdabda Sağlam Həyat bədən tərbiyəsi və idman layihəsinin rayon turu keçirildi-FOTO
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Zərdab rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zərdab rayon Gənclər və İdman idarəsi tərəfindən martın 18-də Gəlmə kənd tam orta məktəbinin idman bazasında Sağlam Həyat bədən tərbiyəsi və idman layihəsinin rayon turu keçirildi.
Qanunla.Az xəbər verir ki, layihə çərçivəsində 18-60 yaş qrupları üzrə iştirakçılar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma və yerindən uzunluğa tullanma mərhələlərində iştirak edib.
Müxtəlif mərhələlərdə fərqlənmiş iştirakçılara Zərdab Rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.
















BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın