28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkəmiz dinamik şəkildə inkişaf edir

Ölkəmiz dinamik şəkildə inkişaf edir

Ölkəmiz dinamik şəkildə inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Bu mənada Azərbaycanın regionlarının inkişafı da xüsusi vurğulanmalıdır. 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çox uğurlu nəticələr verməkdədir. Bu proqramların nəticəsində bölgələrimizin siması tamamilə dəyişib, yeni infrastrukturlar yaradılır, iş yerləri açılır, yeni yollar çəkilir, kəndlər qazlaşdırılır və s. Bir sözlə, görülən işlər əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Əminliklə demək olar ki, dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni çalarlar almasında mühüm rol oynamaqdadır.

Regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

 

     Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın