29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir

Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir

Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir

2023-cü ilin Aprelin 18-də  Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan   rayonlarına  səfər etdilər. Səfər çərçivəsində   Prezident cənab İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdi. “ASAN xidmət” mərkəzləri ötən müddət ərzində vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən, qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Prezident cənab İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır» söyləyərək onu da əlavə etdi ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: «Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.»

“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər. Salyan “ASAN xidmət” mərkəzində də növbələrini gözləyən vətəndaşların vaxtlarını rahat və mənalı keçirmələri üçün bütün şərait yaradılıb. Mərkəzlərdə vətəndaşlar internet-kafe xidmətlərindən, ana və uşaq otaqlarından, uşaq meydançasından, həmçinin özünəxidmət məntəqələrindən istifadə etmək üçün şərait yaradılmışdır.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın