28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək

Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək

Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi məğlub Ermənistanın mənasız uydurmalarıdır. Amma Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması, region ölkələri arasında kommunikasiyaların inkişafı üçün iki ölkə arasında sülh sazişinin bağlanması vacibdir.  Ötən dövr ərzində ölkələr arasında həm Avropa İttifaqının və Amerkanın, həm də Rusiyanın vasitəçiliyi ilə müxtəlif görüşlər keçirilib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması istiqamətində addımların atılması ilə bağlı bir çox görüşlər keçirilib ki, onların hər birində Azərbaycan öz mövqeyini, iradəsini ortaya qoyub, milli maraqlarını yüksək səviyyədə qoruyub.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması vacibdir, bunun alternativi yoxdur. Hazırda sülh müqaviləsinin imzalanması zamanı gəlib.
Yeni vəziyyətin, reallığın mövcud olması, indi qonşuluq münasibətlərini formalaşdırmaq lazımdır. Ermənistan ilk vaxtlar revanşist fikirlər səsləndirsə də, reallıqda sülh müqaviləsinin imzalanmasının alternativi olmadığını yaxşı bilir.  Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi istiqamətində bir neçə platforma üzrə təmaslar davam edir.  Prezident cənab İlham Əliyevin Litvadan bəyan etdiyi kimi, Azərbaycan inanır ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək: “Sonuncu Brüssel görüşündən sonra bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan artıq Qarabağı Azərbaycanın 86.6 min kvadratkilometrlik tərkib hissəsi kimi tanıdığını açıq formada bəyan edir. Bu, o deməkdir ki, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Təbii ki, sülhə nail olmaq üçün dialoqun davamlı aparılması vacibdir. Rusiyada keçiriləcək görüşə də məhz bu baxımdan yanışılmalıdır. Sirr deyil ki, cənab İlham Əliyev elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq iri güclər yekun sülhün reallaşacağına şübhə ilə yanaşmır və prosesin tərkib hissəsi olmaqda maraqlıdırlar. Bu mənada biz hətta Vaşinqton-Brüssel və Moskva rəqabətinə şahidlik edirik”.

Cəfərov Səməd – Zərdab rayon Otmanoba kənd sakini, Zərdab rayon Yaşıllaşdırma İdarəsinin rəisi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın