16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Litva ilə Azərbaycanı bir çox ortaq maraqlar birləşdirir. Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyan Litva Respublikası ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər isə 1995-ci ilin noyabr ayında qurulub. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci il tarixindən fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Litvadakı səfirliyi isə 2007-ci ilin sentyabr ayında açılıb. Bundan əlavə, iki ölkə arasında prezidentlər səviyyəsində dəfələrlə görüşlər baş tutub, qarşılıqlı səfərlər təşkil olunub. Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bunun təsdiqi olaraq 2013-cü ildə Litvanın Baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərini qeyd etmək olar. Bu, o deməkdir ki, qarşılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraq dairəsindədir. Azərbaycanın ərazi bütövlüyünün bərpasına münasibətdə ölkələrin tutduğu mövqe onların Azərbaycanla münasibətlərinə təsir edən amildir.

Hər iki ölkənin yaşıl enerji siyasəti birgə əməkdaşlıq və mübadilə üçün də imkan yaradır. Azərbaycan-Litva münasibətləri kifayət qədər yüksək səviyyədədir. Bu gün Litvanın Mərkəzi və Şərqi Avropada oynadığı vacib rol hamıya bəllidir. Eyni zamanda, Litva Avropa ilə Asiya arasında vacib bir nöqtədə yerləşir və gələcək kommunikasiya, nəqliyyat, logistika və sair layihələrdə özünəməxsus yeri olacaq.

Azərbaycanın Litva ilə sıx iş birliyi var. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyində Litvanın sabiq prezidentləri və rəhbərləri təmsil olunurlar. Bakıda keçirilən 10-cu Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə gələn Litvanın indiki və keçmiş rəhbərləri Azərbaycan-Litva münasibətlərinin gələcəyi ilə bağlı öz müsbət fikirlərini bildiriblər.

Nüşabə Əhmədova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın