ÇL: həftənin ən yaxşıları adına namizədlər
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Qafqazaz.com xəbər verir ki, bu ada Fransanın “Paris Sen Jermen” klubundan Kilian Mbappe, İngiltərənin “Mançester Siti” komandasından Bernardu Silva, Avstriyanın “Zaltsburq” kollektivindən Məhəmməd Kamara, İngiltərənin “Liverpul” klubundan isə Vircil Van Dayk iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın