11.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Böyük qayıdış” dediyimiz prosesə start verildi

  • MANŞET
  • 30 May 2022
  • 2.082 BAXIŞ SAYI
“Böyük qayıdış” dediyimiz prosesə start verildi

Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında

“Böyük qayıdış” dediyimiz prosesə start verildi.

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış oldular. Daha sonra isə sakinlərlə görüş baş tutdu.Bu açılış Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu açılış mərasimi ilə “Böyük qayıdış” prosesinə start verildi. Bu tədbir eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin davam etməsini göstərdi. İlk pilot layihə olaraq məhz Zəngilanda icra edilməsinə başlanmışdır və burada 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verildi və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutdu.Belə maliyyə tutumlu layihələrin icra edilməsi məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirilir. Əlbəttə, bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması bu cür layihələrin həyata keçirilməsinə imkan verir. Vətən müharibəsindən sonra ölkə Prezidentimizin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri ya böyük layihələrin təməlqoyma və ya açılışı ilə bağlı olur. Dövlət başçımız  aparılan işlərə birbaşa özü nəzarət edir.

Həqiqətən də ,Ulu Öndər Heydər Əliyev  tərəfindən  təməli qoyulan və bu gün Prezidentimiz cənab  İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət hər il öz bəhrəsini verməkdədir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də məhz məlum strategiyanın nəticəsidir.Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq.

Möhtərəm cənab Prezidentimiz  öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz  Ulu Öndər Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu.

İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.

 

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbin direktoru – Sabir Əhmədov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın