23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır.

Prezident İlham Əliyev 15 dekabrdA keçirilən müşavirədəki çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il respublikamızda reallaşması qərarını dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Dövlətimizin başçımızın nitqindən: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. Həmçinin qeyd edib ki, “Həmin vaxt Azərbaycana 5 min idmançı və on­ları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkə­mizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.  Bu o deməkdir ki, COP29-un respublikamızda keçirilməsi böyük hadisədir və indiyədək  keçirilən tədbirlərlə müqayisə edilə bilməz, hətta Avro­pa Oyunlarından çox diqqət çəkə­cək. COP29 beynəlxalq konfransı­nın respublikamızda reallaşmasını şərtləndirən digər mühüm bir amil isə Prezident İlham Əliyevin müşa­virədə vurğuladığı kimi, Azərbayca­nın bu gün dünyada neft-qaz ölkə­si olmaqla bərabər, həm də “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql et­məsinin hazırda prioritet xarakterə çevrilməsi ilə bağlıdır.

Əvvəlcə COP29-un beynəlxalq önəmini qey edək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasına Tərəflərin Konfransı COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın çox sayda hökumət nümayəndəsi COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alın­ması və fəsadlarının aradan qaldı­rılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. 1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, so­nuncu COP28 cari il Dubayda real­laşıb. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT ta­rixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev iştirak edib.

Azərbaycanın COP-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra məqamlar şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfin­dən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü döv­lət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Dövlət başçısı­nın uğurlu xarici siyasəti nəticəsin­də ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı­na müvəffəqiyyətlə sədrlik edib və Prezident İlham Əliyev adıçəkilən müşavirədə bununla bağlı deyib: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və bu­rada da bizim sədrliyimiz 120 ölkə­nin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır.”.Onu da bildirək ki, erməni faşiz­minin işğal dövründə xarabalığa çe­virdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin baş­çısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfa­tı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslan­maqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilə­dək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. Beləliklə, qlobal problemlər qlo­bal həllər tələb edir. Buna görə, ölkəmiz də iqlim dəyişikliyi ilə bağ­lı mühüm layihələr reallaşdırır. COP29 beynəlxalq konfransının respublikamızda gerçəkləşməsi də bu baxımdan mühüm önəm daşıyır.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Enerji siyasətinin prioriteti.

Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi oldu. Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir. Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.  Həmçinin Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bundan başqa “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb. Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Bu, həqiqətən də çox böyük potensialdır.

Bütün bunlar yeni dövrümüzün reallığıdır, eyni zamanda, həm iqtisadiyyatın inkişafında yeni texnologiyaların tətbiqini, həm də təkcə özünü deyil, başqalarını da düşünən cəmiyyət üzvlərinin mədəni həyatındakı imperativlərin yaratdığı obyektiv bir mənzərədir.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın