23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

2 Fevral – Azərbaycan Gəncləri Günü

2 Fevral – Azərbaycan Gəncləri Günü

2 Fevral – Azərbaycan Gəncləri Günü.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq müəyyənləşdirmişdir. Bu məqsədlə gənc kadrların hazırlanması və təşkilatlanması üçün Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun milli dövlətimizin və unudulmaz prezidentimiz Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyəri əks etdirməkdədir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənablarını yetişdirməsi oldu. Yeni minillikdə gənc liderlə inamla və ilhamla addımlayan Azərbaycan gəncliyi elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət. ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi nailiyyətlər əldə etmişdir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffər Ali Baş komandanın rəhbərliyi 44 günlük “Vətən müharibəsi”ndə ilə qəhrəmanlıq dastanı yazdı. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru – Jalə Kərimli

 

 

“Gənclər ili”.

Gənclər siyasətinin institutlaşdırılması istiqamətində müstəqil Azərbaycanın ilk addımları. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaratdı. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Ulu öndərin gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti uğurla davam etdirilib. Təsadüfi deyildir ki, dövlət başçısı tərəfindən gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları qəbul edilib. Prezidentin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulmuşdur.

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev 

 

 

Ulu Öndər Heydər Əliyevin mühüm qanunverici təşəbbüsü.

“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin proqram xarakterli bu fikirləri Azərbaycan gəncliyinin həyat amalına çevrildi. Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı öndə dayanıb. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini atdığı addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyev gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi öndə saxladı. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider böyüməkdə olan gənc nəslə qayğısını davamlı tədbirləri ilə təsdiqlədi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.Təşkil olunan forumlarda Ümummilli Liderin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bu məqamı xüsusi qeyd etməliyik ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu qurum gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına geniş yol açıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.Ümummilli Lider 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev 

 

 

Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı nitqində Zəfərimizi şərtləndirən amillərdən, hazırlıq dövrü kimi xarakterizə etdiyi 2003-2020-ci illərdə görülən işlərdən bəhs edərək gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin, torpağa bağlılığının, Vətən sevgisini xüsusi diqqətə çatdırmışdır: «Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.»

Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. Dünyaya baxış fonunda cənab İlham Əliyev bildirir ki, o ölkələrdə ki, bu məsələyə fikir verilmir, onlar vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, gələcəkdə problemlər qaçılmazdır. «Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq» söyləyən cənab İlham Əliyev bu reallığa da xüsusi qeyd edir ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir. Azərbaycana qarşı nə qədər çirkin kampaniyalar aparılıb. Gələcəkdə də aparılacağı istisna edilmir. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var: çaxnaşma, xaos şəraitində hansısa xarici dairələr üçün zəmin yaratmaq. Ölkə Prezidenti cənab İlham Əliyev tarixi paralellər fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı duruma nəzər salaraq bu reallığı diqqətə çatdırır ki, ölkəmiz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.» Müstəqililk tariximizin 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda o kadrlar ölkəmizin müxtəlif sahələrdə inkişafına öz töhfələrini verirlər.Bunları sadalamağımız səbəbsiz deyil. Dövlət başçısı cənab İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri barədə gəncləri məlumatlandırmalıyıq. Azərbaycanın son 18 ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşə uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru – Jalə Kərimli

 

 

Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında davamlı inkişafın idarə olunması və bu sahədə uğurların əldə edilməsi ilə bağlı ardıcıl siyasət aparılmağa başlandı. Cəmiyyətin bütün sferalarında davamlı inkişafın təmin edilməsi üçün ulu öndər dövlət siyasətinin istiqamətlərini müəyyən etməklə yanaşı, əhalinin böyük əksəriyyətini təşkil edən gənclərin də üzərinə bir sıra vəzifələr qoydu. Məhz bu məqsədlə Azərbaycanda dövlət gənclər siyasəti həyata keçirilməyə başlandı və bu siyasət ölkədə kadr potensialının formalaşdırılması üçün mühüm bir mexanizmə çevrildi. Öz maraq və tələbatlarını reallaşdıran gənc nəsil dövlətin innovasion, məntiqi olaraq davamlı inkişafının əsas amilinə, cəmiyyətdə fundamental dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilir. Nəzərə alsaq ki, ölkədə əhalinin 60 faizdən çoxunu 35 yaşadək olan gənclər təşkil edir, bu qüvvənin və dəyişikliklərin miqyasını təsəvvür etmək o qədər də çətin olmaz. Dövlət başçısı cənab İlham Əliyev müasir dövrdə ölkəmizin inkişafında insan kapitalının əhəmiyyətini qeyd edərək deyib: “Qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və  biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədimizdir”.Bu istiqamətdən yanaşdıqda ölkənin nəinki bu günü, həmçinin gələcəyi də kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından çox asılıdır. Davamlı inkişafın təmin olunması dövlətin və cəmiyyətin inkişafının prioritet istiqamətlərindən biri olduğu üçün, burada müxtəlif istiqamətlərdə kadr potensialının formalaşması və mövcudluğu strateji əhəmiyyət daşıyır. Bununla əlaqadar olaraq qeyd etmək lazımdır ki, davamlı inkişafın təmin olunmasında kadr potensialının formalaşması, inkişafı və qorunması mexanizmi kimi dövlət gənclər siyasəti müasir dövrün tələblərinə cavab verir. Bu inkişafın təmin olunmasında isə təhsil xüsusi rol oynayır. Bu sərəncamlar elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və dövlət kadr siyasətinin inkişafına imkan verir. Bu sənədlər insan resurslarını müasirləşdirmək, səmərəli əməkdaşlıq mexanizmi yaratmaq, dünya təhsil standartlarına uyğun təhsil modeli formalaşdırmağa şərait yaradır. Təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənir, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edir. Tələbələrin iştirakı ilə keçirilən görüşlər, onların yaradıcılıq və idarəetmə işində birbaşa iştirakı ixtisaslı kadr kimi formalaşmalarında xüsusi əhəmiyyət daşıyır. Dövlət orqanları müvafiq ixtisasda təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafı, eyni zamanda onların gələcəkdə peşəkar kadr kimi formalaşması və kadr potensialının yaradılması işində birbaşa iştirak edirlər. Beləliklə, təhsil sisteminin inkişafı müxtəlif müəssisələr üçün gənclərdən ibarət kadr potensialının yaradılması üçün kifayət qədər dəstək verir, eyni zamanda gənclər siyasəti ilə kadr siyasətinin inteqrasiya olunmuş şəkildə həyata keçirilməsini reallaşdırır.

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın