Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi Ucarda vətəndaş qəbulu həyata keçirib-FOTO
Dekabrın 10-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov Ucar rayonu üzrə təhsil sektorunun inzibati binasında vətəndaşları qəbul edib.
Qanunla.Az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Cavad müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da Yevlax şəhərində – Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, info@yevlakh.edu.gov.az ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.