Rusiyanın ən böyük bankı Avropa bazarından çəkildi
ABŞ-ın sanksiyalar siyahısındakı Rusiyanın ən böyük bankı “Sberbank” Avropa bazarından çəkildiyini açıqlayıb.
Qafqazaz.com xəbər evrir ki, bu barədə TASS məlumat yayıb.
“Mövcud şəraitdə “Sberbank” Avropa bazarından çəkilmək qərarına gəlib. Qrupun törəmə bankları qeyri-normal pul axını və işçilərin və filialların təhlükəsizliyinə qarşı təhdidlə üzləşib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Rusiya Mərkəzi Bankının göstərişi ilə “Sberbank”ın Avropadakı törəmə banklarına likvidlik verilməyəcək.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın