Yasamal RİH-nin başçısı Elşad Həsənov səyyar qəbul keçirib-FOTO
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla birlikdə sakinlərin səyyar qəbulunda Millət vəkili Elnur Allahverdiyevdə iştirak edib.
Qanunla.Az xəbər veriri ki,öncə Yamasal RİH başçısı sakinlərini salamlayıb və mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. İcra başçısı həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.
Millət vəkili Elnur Allahverdiyev Qanunla.Az-a bildirib ki,səyyar qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
Vüqar Rəhimov
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın